Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır

06.07.2013 | 495 dəfə oxunub

Vətəndaşların bəzi rayonların icra başçılarının idarəçiliyinə, onların fəaliyyətlərindəki çatışmazlıqlarına qarşı narazılıqları bir sıra məmurların işindəki yarıtmaz məqamlardan xəbər verir. Məhz buna görədir ki, bəzi yaşayış məskənlərində, xüsusən də Ermənistan silahlı birləşmələrinin işğal etdiyi rayonlardan olan qaçqın və məcburi kökünlərin yaşadığı yerlərdə insanlar tez-tez öz hüquqlarını tələb etməyə başlayırlar. Belə yaşayış məskənlərindən biri də Ağdam rayonudur.

Həmin rayondan olan sakinlərin kütləvi informasiya vasitələrinə müraciətləri Nizami Sadıqovun da məcburi köçkünlərin problemlərini köklü surətdə həll etmədiyini göstərir. Qeyd edək ki, uzun illər sabiq icra başçısı Həsən Sarıyevin bir sıra əməllərinə dözən ağdamlılar Nizami Sadıqovun rayona rəhbər gətirilməsindən sonra vəziyyətin əsaslı şəkildə dəyişəcəyinə ümid etsələr də, bu baş vermədi.

Sakinlərin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır. Ağdamlılar deyirlər ki, onun yanına gələn bəzi narazı insanların şikayətləri, müraciətləri hələ də həll olunmamış qalır. Şikayətçilərin problemlərinin hamısını həll etməyən Nizami Sadıqov hətta rəissayağı sözlərindən də qalmır. Qeyd olunur ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında Nizami Sadıqov bəzi rayonların rəhbərləri kimi iclaslarını ağır ittihamlarla, gərgin formada idarə edir. Bu arada icra başçısıyla bağlı maraqlı bir faktı da nəzərinizə çatdırmaq yerinə düşərdi. Belə ki, Nizami Sadıqov Şuşaşəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq edib. Təəccüblüdür, toya getmək, içki məclislərində, ziyafətlərdə musiqi sədaları altında əylənmək nə deməkdir, həmin məclislərdə oynamamaq nə demək? Belə isə gərək heç toylara da getməyəsən. Ondansa Ağdamın, ağdamlıların illərdən bəri yığılıb qalmış sosial problemlərini həll etmək lazımdır.

Amma başçı gələndən bəri Nizami Sadıqov mətbuatın gündəminə yalnız qalmaqallarla gəlib. Gah kiminsə qumar oyununda 50 min manat uduzması ilə, gah da özünü kürəkəni Elnur Məmmədlini döydürməsi ilə KİV-lərin manşet xəbərlərində yer alıb.

İndi isə bir başqa qalmaqal yetişir.Ağdamdakı mənbəmizin verdiyi xəbərə görə rayonda "Cəfərin obyekti” kimi tanınan iaşə müəssisəsi sən demə, başçının kurasiyasında imiş. Daha dəqiq desək, Sadıqovun bacısı oğlu Loğmana aid imiş. Məsələ ondadır ki, bu obyekt Ağdamda sırf fahişəxana kimi məhşurdur. İnsan alverinə qurşanan Loğman bu işdən xeyli qazanc götürür. Qadınlar isə əsasən Gəncədən gətirilir.Ən maraqlısı isə odur ki, hərdən kimlər üçünsə də kef və qumar məclisləri təşkil edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin    



Çox oxunan xəbərlər

MÜƏLLİF YAZILARI
XƏBƏR LENTİ
25.10.2014
24.10.2014
23.10.2014
22.10.2014
10.10.2014
07.10.2014
05.10.2014
02.10.2014
01.10.2014
30.09.2014
29.09.2014
MÜSAHİBƏLƏR
“Üç azərbaycanlı hələ azdır...”
"Aqşin oğrudur, Seymur isə yazıçı deyil"
"Azad sahibkarlığın qarşısında duran maneələr aradan qaldırılmalıdır" - Müsahibə
“Ümummilli müqavimət hərəkatı yaratmağa ehtiyac var”
Xaçmazın Rusiya ilə sərhəd kəndləri kürdləşdirilir
AXTARIŞ